Avqust pensiyalarının ödəniləcəyi tarix açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu avqust ayının pensiyalarının ödənilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafikə uyğun şəkildə ödəniləcək.
Beləliklə, Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan pensiyaçılar avqustun 14-dən etibarən pensiyalarını ala biləcəklər.








