Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.
Bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 11:00-a olan məlumatında qeyd edilib.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.








