Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:39-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.








