RU
Rusiyada zəlzələ oldu
12:10
23

Rusiyada zəlzələ oldu

Rusiyada Krasnodar diyarının Novorossiysk şəhəri yaxınlığında 4.2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə sentyabrın 17-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 250 min nəfərdən çox olan Novorossiyskdən təxminən 41 kilometr şimal-qərbdə yerləşib. Seysmik hadisənin ocağı Varenikovskayadan 12 kilometr cənub-qərbdə qeydə alınıb. EMSC-dən verilən məlumata görə, zəlzələnin mənbəyi təxminən 10 kilometr dərinlikdə olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ