Bu haqda azxeber.com-a orada çalışan işçilər məlumat veriblər. Onların dediyinə görə, "28 Mall"ın yerləşdiyi ərazidə torpaq sürüşməsi qorxusu var. Məhz bu səbəbdən də adıçəkilən məkan bir neçə həftə öncə tamamilə bağlanmışdı.
İşıq olmadığına görə bağlandığı deyilən alış-veriş mərkəzi əslində məhz torpaq sürüşməsi qorxusuna görə bağlanıbmış. Məlumata görə, yaxın zamanlarda yoxlamalar aparılması məqsədilə "28 Mall" bir müddətliyinə bağlanacaq.
Pasha İnşaat MMC Ticarət Mərkəzləri Qrupundan BAKU.WS-ə yayılan məlumatla bağlı açıqlama verilib. Qurumdan bildirilir ki, "28 Mall"da ərazisində torpaq sürüşməsi baş verməyib və yayılan məlumatlar əsassızdır.
7News.az








