28 yaşlı sosial media fenomeni qaçırılıb, ağaca bağlanıb və yandırılıb
7News.az xəbər verir ki, Hindistanda sosial media fenomeni Mancit Kaurun başına dəhşətli bir hadisə gəlib. İddiaya görə, iki tanışı tərəfindən qaçırılan 28 yaşlı Kaur ağaca bağlanaraq yandırılıb. Bədəninin böyük hissəsində ağır yanıqlar yaranan gənc qadın, təxminən iki ay davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib. Sonradan məlum olub ki, o, vəfat etdiyi zaman yeddi həftəlik hamilə imiş.