Türkiyədə 30 yaşlı şəxsi silahla vurub, ağır yaraladılar.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Adanada 3 gün əvvəl 30 yaşlı Ömər Çələbi yaşadığı mənzildə kimliyi bilinməyən kişilər tərəfindən güllələnib.
Sinəsindən və qarnından güllə yarası alan Ömər ailəsinin gözü qarşısında al qan içində yerə yıxılıb.
Xəstəxanaya aparılan Ömər Çələbinin vəziyyətinin ağır olduğu söylənilir.
Polislərin axtarışı zamanı onun öldürülməsi sifarişinin 30 yaşlı dini nikahda olduğu həyat yoldaşı Gizem Yıldız tərəfindən verildiyi müəyyənləşib.

Gizəm Yıldız polislər tərəfindən saxlanılıb.
7News.Az








