32 mini küçədə havaya səpdi – Video

32 mini küçədə havaya səpdi – Video
Antalyada insanları təəccübləndirən hadisə yaşanıb.

Əli B. adlı şəxs valyutadəyişmə məntəqəsində 5 min 699 dollarını 32 min 773 lirəyə çevirdikdən sonra qəribə addım atıb. Pulla valyutadəyişmədən çıxan müştəri onları küçədə havaya səpməyə başlayıb. Əvvəlcə onun pulu saldığını düşünənlər arxasınca səslənsələr də, əli heç kimə fikir vermədən yoluna davam edib. 50 metr məsafədə pulları səpən şəxs daha sonra yoluna davam edib.

Əlinin atdığı pulları toplamaq üçün isə yolun ortasında insanlar bir-biri ilə yarışa girib.

mənbə: qafqazinfo

 
 

7News.Az

Xəbər lenti