RU
4 ay sonra meyiti tapılan neftçi dəfn edildi - FOTO
13:59
433

4 ay sonra meyiti tapılan neftçi dəfn edildi - FOTO

Dənizdən meyiti tapılan neftçi Cavid Bəhramov doğulduğu Qaradağ rayonunun Qobustan qəsəbəsində dəfn edilib.

7News.az-ın məlumatına görə, ötən ilin dekabr ayında üzərində neftçilərin olduğu estakadanın dənizə uçması nəticəsində itkin düşən 1967-ci il təvəllüdlü Cavid Bəhramovun meyiti aprelin 9-da tapılmışdı. 

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İndiyə qədər doqquz nəfərin meyiti tapılıb:

Operator İlham Qafarov (faciədən dərhal sonra),

Həsənağa Hacıəliyev - Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü (fevralın 1-də)

1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)

1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)

1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də) 

1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov (martın 13-də)

Maşinist Güloğlan Zülfüqarov (martın 20-i)

Operator Azay Zülfüqarov (aprelin 6-ı)

1967-ci il təvəllüdlü Cavid Bəhramov (9 aprel)

Dekabr ayında baş verən faciənin bir qurbanı - operator Samir Əsədovun meyiti qalıb. // istipress

7News.az

4 ay sonra meyiti tapılan neftçi dəfn edildi - FOTO
 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ