Azərbaycanda 4 il əvvəl ölmüş şəxsin adına cərimə yazılıb.
7News.Az femida.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Zakirə Zakirqızı paylaşıb. Onun sözlərinə görə,4 il bundan əvvəl dünyasını dəyişmiş həyat yoldaşının adına 50 manat cərimə yazılıb.
" Dünən vəfat etmiş həyat yoldaşım Elxanın adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara "düşüb". Sonra da idarə etdiyi NİSSAN PATROL maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin əməkdaşlarına deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür: birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?", deyə o öz narahatlığını ifadə edib.
Həmin fotoları təqdim edirik:

7News.Az