RU
65 yaşlı kişi marketdə qadına və 5 yaşlı oğluna qarşı ƏXLAQSIZ HƏRƏKƏT ETDİ- VİDEO
14:40
377

65 yaşlı kişi marketdə qadına və 5 yaşlı oğluna qarşı ƏXLAQSIZ HƏRƏKƏT ETDİ- VİDEO

Türkiyədə 65 yaşlı kişi marketdə alış-veriş edən qadına və onun 5 yaşlı oğluna qarşı qeyri-etik hərəkət edib.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Antalyada Nesrin.Ş adlı qadın günorta saatlarında 5 yaşlı oğlu ilə birlikdə marketə girib. Bu zaman marketə daxil olan kişilərdən biri, 5 yaşlı oğlu yanında olan qadına cinsi orqanını göstərib. Nesrinin bu əxlaqsız hərəkətə qarşı sərt reaksiyasını görən kişi marketdən qaçıb.

 

Qadın başına gələnləri həyat yoldaşı Niyazi.Ş-ya söyləyib. Ailə marketdə başına gələnlərlə bağlı polisə müraciət edib.

Polislərin araşdırması zamanı saxlanılan 65 yaşlı kişi məlum hərəkəti edərkən içkili olduğunu söyləyib. M.G-nın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Amma buna baxmayaraq o marketdəki hərəkətinə görə ətrafda olan vətəndaşlar tərəfindən döyülüb.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ