RU
lombard
7 dərəcə şaxta, qar, güclü külək - HAVA XƏBƏRDARLIĞI
14:06
496

7 dərəcə şaxta, qar, güclü külək - HAVA XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan 7News.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ