78 yaşında universitetə sənəd verdi

78 yaşında universitetə sənəd verdi
Özbəkistanın Anqor rayon sakini Mamatqul Berdialiyev ali təhsil almaq məqsədilə Daşkənd Dövlət Aqrar Universitetinin Termez filialına öz sənədlərini təqdim edib.

"Ca-news” xəbər verir ki, ilk baxışda burada qeyri-adi bir şey görünməsə də, onu digərlərindən fərqləndirən cəhət 78 yaşında olmasıdır.

Pensiyaçı üç ixtisasdan birində təhsil almağı arzu edir: "Meyvəçilik və üzümçülük”, "Tərəvəzçilik, bağçılıq və kartofçuluq” və ya "İstixana təsərrüfatının təşkili və aparılması”.

M.Berdialiyev ali təhsilini tamamladıqdan sonra kənd təsərrüfatı sahəsində çalışacağına ümid edir.

Xatırladaq ki, daha öncə digər bir ölkə sakini də - 72-yaşlı kişi eyni anda üç fərqli universitetə sənəd verib.
 
 

7News.Az

Xəbər lenti