7News.az xəbər verir ki, Hindistandakı dövlət məktəblərinin birində 8 yaşlı oğlan boş sinif otağında 6 yaşlı qıza qarşı amansızcasına zorakılıq törədib. Təhlükəsizlik kamerasının lentə aldığı dəhşətli hadisə zamanı oğlanın azyaşlı qızın başını dəfələrlə partaya çırpdığı, qız huşunu itirdikdən sonra belə hücumu davam etdirdiyi görünür. Ağır xəsarət alan qız təcili xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.