ABŞ Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təklif etdiyi sazişi görüb və NATO-dakı müttəfiqləri ilə müzakirə edir.
7NEWS.Az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.
"ABŞ Avropanın təhlükəsizliyini Avropa İttifaqındakı müttəfiqlərinin iştirakı olmadan müzakirə etməyəcək”, - deyə Psaki söyləyib.
Xatırladaq ki, Rusiya NATO-nun postsovet məkanında genişlənməyəcəyi və ABŞ-ın bölgədə hərbi bazalar qurmayacağı ilə bağlı öhdəlik götürəcəyi saziş təklif edir.
7NEWS.Az








