RU
Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi
12:50
22

Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi

Tovuz rayonunda valideynlərinin imtina etdiyi üç uşaq Şəkidəki uşaq evinə yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumatda qeyd edilir ki, azyaşlılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən qəbul edilərək Şəki şəhərindəki 6 saylı uşaq evinə təhvil veriliblər:

"Azyaşlıların vəziyyətləri nəzarətdə saxlanılır, onlara mütəmadi baş çəkilir. Hazırda uşaqların vəziyyətləri normaldır. Uşaqlar valideynləri ilə telefon vasitəsilə əlaqə yaradırlar".

İcra hakimiyyətindən bildirilib ki, azyaşlıların anası Təranə Ələsgərovanın vəziyyəti də nəzarətdədir:

"Qadın ikinci qrup əlildir, danışma və eşitmə məhdudiyyətləri var. Təranə Ələsgərova hazırda anasının himayəsindədir. Həmçinin rayon icra hakimiyyəti də qadını nəzarətdə saxlayır. Ana ilə uşaqlarını bir neçə dəfə görüntülü danışdırmışıq".

* Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

Xatırladaq ki, Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə üç azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, ailənin üç övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov - ataları tərəfindən dilənçiliyə vadar edilib.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ