RU
Ağ Evin mətbuat katibi koronavirusa yoluxdu
14:30
1246

Ağ Evin mətbuat katibi koronavirusa yoluxdu

Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluxub.

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, Psaki ailələrində bir nəfərin koronavirusa yoluxması səbəbindən hər gün test verib.

 

"Ailəmdə yoluxma aşkar olunduğundan bəri karantində idim və hər gün test verirdim. Lakin testlərin cavabı mənfi olurdu. Buna baxmayaraq, bu günkü testin cavabı müsbət çıxdı”, - deyə Psaki qeyd edib.

C. Psaki çərşənbə günündən etibarən ABŞ Prezidenti Co Bayden və administrasiya nümayəndələrindən heç kimlə ünsiyyətdə olmadığını da sözlərinə əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ