Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

7News.Az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

16:53

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bu barədə Media.Az məlumat yayıb.

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

7News.Az

Xəbər lenti