RU
ABŞ 100-dən artıq Belarus vətəndaşına sanksiya tətbiq edib
22:00
398

ABŞ 100-dən artıq Belarus vətəndaşına sanksiya tətbiq edib

ABŞ Prezident Aleksandr Lukaşenkonun ailə üzvləri də daxil olmaqla, 100-dən artıq Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib.

7NEWS.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.
O, sanksiyaların Belarusda keçirilən və ABŞ-ın nəticələrini legitim saymadığı seçkilərin ikinci ildönümü ilə bağlı qəbul edildiyini qeyd edib.

Dövlət katibi ABŞ-ın Belarus xalqının demokratik gələcəyinə dəstək verəcəyini vurğulayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ