RU
ABŞ-da 23 nəfər koronavirus peyvəndi vurulduqdan sonra ölüb
17:00
952

ABŞ-da 23 nəfər koronavirus peyvəndi vurulduqdan sonra ölüb

ABŞ səlahiyyətliləri Nyu-York ştatında koronavirus peyvəndindən sonra baş verən 23 ölüm hadisəsini araşdırırlar.

Bu barədə "RİA Novosti”yə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi məlumat verib.


Onun sözlərinə görə, hazırda ölümlərlə qəbul edilən dərman arasında əlaqə təsdiqlənməyib.

Son məlumatlara əsasən, ştatda COVID-19 peyvəndindən sonra 643 nəfərdə əks göstərişlər müşahidə olunub.

Mərkəzin nümayəndəsi deyib ki, hazırda peyvəndlərin təhlükəsizliyinə problem yaradan hansısa dəlil yoxdur.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ