RU
ABŞ-da konsert zamanı azı 8 nəfər ölüb
18:30
1021

ABŞ-da konsert zamanı azı 8 nəfər ölüb

Şənbə günü ABŞ-ın Texas ştatının Hyuston şəhərində amerikalı reper Trevis Skottun konserti zamanı yaranan izdihamda azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə "Houston Chronicle” qəzeti yerli hakimiyyət orqanlarına istinadən yazır.

Hadisə cümə günü "Astroworld" festivalının açılışında qeydə alınıb, tədbirə ümumilikdə təxminən 50 min adam iştirak edib. Yerli yanğınsöndürmə idarəsinin rəisinin sözlərinə görə, konsert zamanı insanlar səhnənin qarşısına doğru toplaşmağa başlayıb ki, bu da panikaya səbəb olub, bəzi ziyarətçilər huşunu itirib.

O bildirib ki, 17 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar konsert dayandırılıb, festivalın ikinci günü də ləğv edilib./apa

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ