ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində məktəbdə atışma zamanı azı 3 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, ikisi tələbə olmaqla səkkiz yaralı yerli xəstəxanaya çatdırılıb. Polisdən bildirilib ki, məktəbə hücumu təşkil etməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb.
Hadisənin başvermə səbəbi hələ müəyyən edilməyib.
Polis təhqiqat aparır./report
7NEWS.Az








