RU
ABŞ-da sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb
12:15
996

ABŞ-da sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb

ABŞ-ın Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə tədbirinin keçirildiyi məkanda sürücü avtomobili kütlənin üzərinə sürüb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə "Fox News” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, xəsarət alanlar arasında 5 uşaq var.

Yaralıların daşınması üçün hava nəqliyyatından istifadə edilib.

Hadisəni törədənşəxs polis tərəfindən saxlanılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ