RU
ABŞ-da xərçəngdən ölüm halları son 30 ildə 32 faiz azalıb
15:58
50

ABŞ-da xərçəngdən ölüm halları son 30 ildə 32 faiz azalıb


7NEWS.az xəbər verir ki, döş və ağciyər kimi ümumi xərçəng növləri üçün ölüm nisbətlərinin azalması qarşısının alınması, skrininq, erkən aşkarlanması və müalicəsində irəliləyişlə əlaqələndirilir. 32 faiz isə bunun sayəsində 3,5 milyon insanın sağ qalması deməkdir. Bununla belə, xərçəng hələ də ABŞ-da ürək xəstəliyindən sonra ikinci ölüm səbəbidir. Xərçəngdən ölüm nisbəti 1991-ci ildə 100.000 nəfərə 215 idisə, 2019-cu ildə bu rəqəm 100.000 nəfərə 146-ya düşüb. 2000-ci illərdən bəri süd vəzi xərçənginə tutulma nisbətləri 0,5 faiz artıb. Bununla belə, bu növ xərçəngdən ölüm halları azalıb. Tədqiqata görə, proqnozlaşdırılan yeni xərçəng hadisələrinin 42 faizi baş verməmişdən əvvəl qarşısını almaq olar. Bunların 19 faizi siqaret, 18 faizi isə alkoqol, artıq çəki və düzgün qidalanmamaqdan qaynaqlanır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ