"Biz tərəfsiz olsaydıq, Afina ilə müqavilə imzalamazdıq”.
Belə bir bəyanatla ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez çıxış edib.
Bununla da o Türkiyə-Yunanıstan gərginliyində Afinanın tərəfində olduqlarını açıq şəkildə etiraf edib.
"Yunanıstan və Türkiyə arasında bitərəf olsaydıq, ABŞ-ın Yunanıstandakı izini genişləndirən böyük "Hərbi Təhlükəsizlik Əməkdaşlıq Sazişi” imzalamazdıq”, - Menendez qeyd edib.
ABŞ-Yunanıstan Müdafiə Əməkdaşlığı Müqaviləsinə əsasən, Yunanıstan ABŞ-ın bu ölkədəki bazalarında, o cümlədən Türkiyə sərhədindəki Aleksandrupoli və Kritdəki Suda bazalarında daha çox ABŞ əsgərinin yerləşdirilməsinə icazə verəcək. Yenilənmiş razılaşma ilə ABŞ Yunanıstan hərbi bazalarına da çıxış əldə edəcək./olke
7NEWS.Az








