ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
Bu barədə yerli "6ABC" telekanalı polisdəki mənbələrinə istinadən məlumat verib.
Bildirilib ki, silahlanmış şəxslər avtomobilə hücum ediblər və tez bir zamanda mavi rəngli maşınla gözdən itiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra tərk edilmiş həmin avtomobili başqa bir ərazidə tapıblar.
Lakin polis qarətçiləri hələ də tapa bilməyib. İstintaqa ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri də qoşulublar.








