ABŞ Maliyyə naziri Skott Bessent sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin qarşısının alınacağını açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl 27 İran aviaşirkətini sanksiya siyahısına daxil edib. Nazirlik İran şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların əhatə dairəsini genişləndirərək İran aviaşirkətlərini də məhdudiyyətlərə daxil edib.
Bessent ABŞ-nin CNBC telekanalına açıqlamasında bildirib ki, sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin dünya üzrə fəaliyyət göstərməsinə maneə yaradılacaq.
Nazir qeyd edib ki, İran aviaşirkətləri ilə əməkdaşlıq edən ölkələr qlobal maliyyə sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilər.








