RU
ABŞ dünyada meşələrin mühafizəsinə vəsait ayıra bilər
21:30
528

ABŞ dünyada meşələrin mühafizəsinə vəsait ayıra bilər

ABŞ hökuməti 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutur.

Bu barədə Prezident Cozef Baydenin BMT İqlim Dəyişikliyi Konfransının "Meşələr və Torpaq İstifadəsi” tədbirindəki qeydlərində bildirilir:

"ABŞ hökuməti tam çeşiddə, yəni diplomatik, maliyyə, siyasi alətləri meşələrin itkisinə son qoymaq, kritik karbon sərfiyyatımızın qarşısını almaq, torpaq idarəçiliyini təkmilləşdirmək üçün toplanacaq. Sözügedən plan 2030-ci ilədək təbii meşələrin itkisini qabaqlayaraq əlavə 200 milyon hektarı bərpa etmək hədəfinə çatmaqda dünya ölkələrinə kömək edəcək. Bu, meşələrin qorunmasına və bərpasına Konqreslə birgə 9 milyard dollar, tərəfdaşlarımızdan da əlavə milyardlarla dollar vəsait cəlb etməyi nəzərdə tutan ilk plandır”.

Qeyd olunur ki, meşələrin və digər ekosistemlərin mühafizəsi karbon tullantılarını sıfırlamaq hədəfinə çatmaqda mühüm rol oynayacaq./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ