"Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq”.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.
Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.








