RU
MEDİA: Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb
16:13
32

MEDİA: Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

 Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib ki, bəzi media resurslarında "Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, "Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.

Media subyektlərini məlumat yayarkən "Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir.

Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ