ABŞ hərbçiləri ölkənin Əfqanıstandakı səfirliyinin tam təxliyyə olunmasını qaçılmaz hesab edir.
Bu barədə məlumatı "Politicio” nəşri yayıb.
"Üç mənbənin məlumatına görə, Pentaqon artıq ABŞ-ın Kabildəki missiyasının tam olaraq ölkədən çıxarılmasını planlaşdırır. İki ayrı mənbənin verdiyi məlumata əsasən, ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı səfirliyin tam olaraq təxliyyə edilməsini qaçılmaz hesab edir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl ABŞ səfirlikdə xidmət edən vətəndaşlarının təxliyyə olunmasını sürətləndirmək üçün Əfqanıstana 3 min hərbçi yollayıb.
7NEWS.Az








