RU
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
10:20
35

ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin baş strateqi vəzifəsindən azad edilən general-leytenant Brett Silviya Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib.

7News.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Axios” portalı Pentaqonun daxili araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.

Məlumata görə, general son bir il ərzində Ukrayna və İranla bağlı məxfi məlumatları iki jurnalistə ötürdüyünü istintaq zamanı etiraf edib. Pentaqonun hazırladığı hesabatda Silviyanın poliqraf (yalan detektoru) yoxlamalarından dəfələrlə keçə bilmədiyi qeyd olunub.

ABŞ Müdafiə Nazirliyi generalı məxfi məlumatları media nümayəndələrinə icazəsiz açıqlamaqda ittiham edir. Hesabatda bildirilir ki, Silviya jurnalistlərlə əlaqələri barədə müstəntiqlərin suallarını cavablandırıb və şəxsi telefonunu ekspertizaya təqdim edib.

Jurnalistlərə ötürülən məlumatların ABŞ-nin Ukraynaya göstərdiyi hərbi yardım, eləcə də İrana qarşı hərbi əməliyyatların gedişi ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset generalı vəzifəsindən azad edib. İş mümkün hüquqi tədbirlərin görülməsi üçün ABŞ Ədliyyə Nazirliyinə göndərilib. Bununla yanaşı, Silviyanın bəzi həmkarları məxfi məlumatların sızdırılması ilə bağlı ittihamları mübahisələndiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ