RU
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:50
26

ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb

ABŞ-ın ötən gecə həyata keçirdiyi hücum nəticəsində Kermanşah əyalətində SEPAH-ın Aerokosmik Qüvvələrinin 4 əməkdaşı ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Açıqlamada ölənlərin SEPAH-ın Aerokosmik Qüvvələrinin əməkdaşları olduğu qeyd edilib.

Qeyd edək ki, ötən gecə ABŞ qüvvələri İranın cənub, qərb və cənub-qərb bölgələrində bir sıra məntəqələri bombalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ