RU
ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib
23:45
673

ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

"Poliomielit virusu Nyu-Yorka bitişik ərazilərdən, o cümlədən Roklenc, Orinc, Sallivan və Nassau qraflıqlarından götürülmüş çirkab su nümunələrində aşkar edilib”, - məlumatda deyilir.

Fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ