RU
ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb
11:10
22

ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb

Xuzistan ostanının valiliyi ABŞ-ın ötən gecə həyata keçirdiyi hava zərbəsi nəticəsində indiyədək 7 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb.

Ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan ostanının 3 məntəqəsi ABŞ ordusunun raket zərbəsinə məruz qalıb.

Hücumlardan dərhal sonra təhlükəsizlik və yardım qüvvələri hadisə yerinə cəlb olunub.

Yaralıların vəziyyətinin qiymətləndirilməsi və hücumların dəqiq miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ