7News.az xəbər verir ki, İtaliyanın Trentino bölgəsindəki "Forcella Pordoi" cığırında 36 yaşlı ABŞ vətəndaşı Mişel Alexandro Rubio Leyva təxminən 300 metr hündürlükdən yıxılaraq həlak olub. Məlumata görə, ailəsi ilə birlikdə istirahətdə olan qadın, mənzərəni fotoşəklini çəkmək üçün işarələnmiş cığırdan kənara çıxarkən müvazinətini itirib. Xilasetmə qrupları onun hadisə yerindəcə keçindiyini təsdiqləyiblər.








