7News.az xəbər verir ki, ABŞ-ın Ayova ştatında, hərbi quruma məxsus sursat zavodunda saxlanılan təxminən 5 tonluq qurğuşun azidi ehtiyatı idarə olunan partlayışla məhv edilib. Rəsmi şəxslər, havaya yayıla biləcək qurğuşun tozunun təsirindən qorunmaq məqsədilə, həmin ərazinin 8 kilometr radiusunda yaşayan sakinlərin təxliyə edilməsini tələb etmişdilər.








