"Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir".
7NEWS.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
"Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır”, - o bildirib.
O, söyləyib ki, bu hadisələr hər kəsin qanını dondurmalıdır: "Heç bir xalqın torpaqlarını güclə ələ keçirmək olmaz. Bu prosesə mane olan yeganə qüvvə Rusiyadır. Əslində demokratiya ilə avtoritarizm arasında mübarizə gedir”.
7NEWS.Az







