RU
ABŞ SEPAH-ın dəniz qüvvələrinin qərargahını hədəfə alıb
13:00
30

ABŞ SEPAH-ın dəniz qüvvələrinin qərargahını hədəfə alıb

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətindəki dəniz qüvvələrinin qərargahını hədəfə alıb.

 ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətinin Zibakənar şəhərində yerləşən dəniz qüvvələrinin qərargahına raket zərbəsi endirib.

Gilan vilayətinin administrasiyasının məlumatına əsasən, hücum bu gün səhər saatlarında baş verib. Nəticədə kompleksdə yerləşən avadanlıqların bir hissəsinə ziyan dəyib.

Bildirilib ki, indiyədək insan tələfatı ilə bağlı məlumat daxil olmayıb. Hadisənin bütün halları üzrə araşdırma aparılır./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ