7News.az xəbər verir ki, TikTok platformanın asılılıq yaratması iddiası ilə Alabama ştatında qaldırılmış məhkəmə işini həll etmək üçün azı 100 milyon dollar ödəməyə razılaşıb. Sosial şəbəkə həmçinin digər məhdudiyyətləri, o cümlədən gənc istifadəçilər üçün gündəlik iki saatlıq istifadə limitini, gecə yarısı ilə səhər saat 06:00 arasında giriş məhdudiyyətlərini və dərs saatlarında bildirişlərin qadağan edilməsini qəbul edib. Digər ştatların baş prokurorlarının da prosesə qoşulması ilə bu məbləğ 300 milyon dollara qədər arta bilər.