RU
ABŞ Ukraynaya “HAWK” HHM sistemləri göndərə bilər
18:50
332

ABŞ Ukraynaya “HAWK” HHM sistemləri göndərə bilər

ABŞ öz ehtiyatlarından Ukraynaya "HAWK” hava hücumundan müdafiə (HHM) sistemləri göndərilməsini nəzərdən keçirir.

7NEWS.Az xəbər verir ki, bu barədə "Reuters" iki ABŞ rəsmisinə istinadən məlumat yayıb. Bildirilib ki, "HAWK” HHM sistemləri Ukraynanın dronlar və qanadlı raketlərdən daha yaxşı müdafiəsinə yardım edəcək.
Qeyd olunub ki, "HAWK” sistemi Ukraynaya daha əvvəl göndərilmiş "Stinger” qısa məsafəli raket sistemlərindən daha yaxşı müdafiə imkanı verəcək.

Məlumatda o da vurğulanıb ki, Bayden Administrasiyası HAWK sisteminin Ukraynaya göndərilməsi üçün Prezidentin Azaltma Səlahiyyətindən (PDA) istifadə edəcək.

Məlumata görə "HAWK” HHM sistemləri Vyetnam müharibəsi dövründən qalsa da bir neçə dəfə təkmilləşdirilib. Prezidentin Azaltma Səlahiyyəti fövqəladə vəziyyətlərdə konqresin təsdiqi olmadan müdafiə vasitələrinin və xidmətlərinin qısa müddətdə transferinə imkan verir.

Bununla belə, məlumatda Ukraynaya göndəriləcək "HAWK” HHM sistemlərinin sayı qeyd olunmayıb.

"HAWK” HHM sistemləri "PATRIOT” raket sistemlərinin sələfi hesab edilir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ