7NEWS.az xəbər verir ki, ABŞ dövləti ölkədəki yerli Amerika əhalisinə sağlamlıq xidməti göstərən ABŞ Yerli Sağlamlıq Xidmətinin (IHS) xəstəxanalarında uşaq cinsi istismarı hadisəsi ilə əlaqədar qurbanlara 14,5 milyon dollar təzminat ödəməyə razılaşıb. Montana və Cənubi Dakota ştatlarında çalışan pedofiliyalı pediatr Stenli Patrik Veberin qurbanlarını müdafiə edən vəkillərlə Ədliyyə Nazirliyi rəsmiləri arasında razılıq əldə olunub.
7NEWS.az








