Axşam saatlarında Abşeron rayonu, Pirəküşkül qəsəbəsində öldürülən şəxsin 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu olduğu məlum olub.
Məlumata görə, o, şəxsi münasibətlər zəminində yaranan mübahisənin qurbanı olub.
00:57
Abşeron rayonunda ölüm hadisəsi baş verib. Təxminən 25-26 yaşlı Vüsal adlı şəxsin ürək nahiyəsinə naməlum şəraitdə odlu silahdan atəş açılıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan xəstəxanada keçinib.
Qətlin təfərrüatı Abşeron Rayon Prokurorluğunda araşdırılır.
7News.Az








