İran Hörmüz boğazından keçən gəmilərdən rüsum yığılması üçün beynəlxalq dəstək almağa çalışsa da Fars körfəzi ölkələri bu təşəbbüsə qarşı çıxıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı "New York Post" nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, Ciddədəki görüşdən bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Omana strateji boğazın mümkün birgə idarə edilməsi və ya nəzarətin bölüşdürülməsi ilə bağlı təklif təqdim edib.
Lakin mənbələrə görə, Oman bu təşəbbüsü rədd edib.
Həmçinin qeyd olunur ki, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ABŞ-nin mövqeyini dəstəkləyiblər və İranın Hörmüz boğazından keçidə nəzarət yaratmaq və ya ödəniş tətbiq etməklə bağlı istənilən cəhdlərinə qarşı çıxıblar.








