RU
lombard
Acun Ilıcalı: Ayda nə qədər pul qazandığımı bilmirəm - VİDEO
17:30
418

Acun Ilıcalı: Ayda nə qədər pul qazandığımı bilmirəm - VİDEO

"TV8”in sahibi, prodüser və aparıcı Acun Ilıcalı aylıq qazancı ilə bağlı ilk dəfə maraqlı açıqlamalar verib.

7News.Az xəbər verir ki, "YouTube” vloqeri Oğuzhan Uğurun qonağı olan Acun pulsuz xoşbəxt olduğunu bildirib:  

"Tam səmimiyyətimlə deyirəm ki, pul ilə olan bağlantımı çoxdan kəsmişəm. İnanın ki, nə qədər pul qazandığımı belə, bilmirəm. Bunun da yalnız bir səbəbi var. Çünki yeddi ölkədə layihə həyata keçirirəm. Bu qədər iş olduğu zaman pulumun miqdarını necə hesablayım?

Hesab edirəm ki, pul ilə xoşbəxt olmaq mümkün deyil. Pulsuz da bu hissi yaşamaq mümkündür. Mən ac və pulsuz olduğum zamanlarda da xoşbəxt idim. Müxbir kimi ilk maaşım 100 dollar idi. İnanın ki, o pul heç özümə belə qalmırdı. Müxbir olub sonradan kanal alan yeganə insan mənəm. Uğurum düzgün insanlarla işləməyimdir”.

"Layihələriniz heç oğurlandımı?” sualına kanal rəhbəri maraqlı cavab verib:

"Hər bir ölkəyə uyğun işlər görürük. Seçdiyimiz layihələri Türkiyə və digər ölkələrə görə tətbiq edirik. İndiyə kimi yalnız Türkiyədə layihəmiz oğurlandı (gülür)”.   

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ