RU
lombard
Acun “Survivor”da dava edən iştirakçını oyundan qovdu - QALMAQAL + VİDEO
17:40
442

Acun “Survivor”da dava edən iştirakçını oyundan qovdu - QALMAQAL + VİDEO

"TV8” kanalında bu axşam yayımlanacaq, reytinqləri alt-üst edən "Survivor-2020”nin yeni bölümündə iştirakçı ilə realiti-şounun aparıcısı Acun Ilıcalı arasında qalmaqal yaşanıb.

7News.Az xəbər verir ki, təqdim edilən anonsda oyundan əvvəl Acun Ilıcalı tərəfindən elan olunan böyük mükafat uğrunda yarışan iki komandanın üzvləri üz-üzə gələrək, söz savaşına çıxıblar.

"Məşhurlar” komandasının iştirakçısı Yunus Emre "Könüllülər” komandasının üzvü Berkan Karabulutla mübahisə edib.

Yayımlanan anonsda Acun Berkanla mübahisə edən Yunus Emreye sözlərinə fikir verməsini və ağır ifadələrdən istifadə etməməsini istəyib. Yunus üzrxahlıq edərək, Ilıcalının sözlərinə gülüb.

Y.Emrenin hərəkətindən əsəbiləşən A.Ilıcalı onu oyundan qovub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ