Türkiyəli sosial media fenomeni Şeyma Subaşı arxiv görüntülərini yenidən paylaşaraq diqqət çəkib.
7News.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bir müddət əvvəl tövbə prosesində olduğunu açıqlayan Subaşı bu dəfə 2023-cü ildə qatıldığı "Helloven" partisindən görüntüləri instaqramda paylaşıb. Onun illər əvvəl çəkilən kadrları yenidən izləyicilərinə təqdim etməsi maraq doğurub.
Subaşının əvvəlki həyat tərzi ilə bağlı açıqlamalarından sonra köhnə görüntüləri paylaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Şeyma Subaşı türkiyəli teleaparıcı və prodüser Acun Ilıcalı ilə 2017-ci ildə ailə qurub. Cütlüyün nikahı 2018-ci ildə boşanma ilə nəticələnib.








