Qeyri-adi fotoları və cəsarətli pozaları ilə populyarlaşan müğənni Afaq Aslan sevgilisi ilə görüntülərini paylaşıb.
Dubayda səfərdə olan ifaçı sosial şəbəkə hesabında sevgilisinin üzünü gizlədərək əllərini paylaşıb.
O, paylaşıma "Nəhayət, sevgilimlə...” - şərhini yazıb.
Qeyd edək ki, açıq-saçıq fotosessiyaları ilə sosial medianın gündəmini zəbt edən müğənni bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını demişdi.
O, ailə quracağı şəxsin əslən braziliyalı olduğunu bildirmişdi.









