7NEWS.az xəbər verir ki, Yunan Hərbi Hava Qüvvələrində 83 ədəd "F-16 Block 52” tipli döyüş təyyarəsinin "Viper” səviyyəsinə çevrilməsi layihəsi çərçivəsində Amerika istehsalçısı Lockheed Martin tərəfindən modernləşdirilmiş ilk 2 təyyarə bu gün Yunanıstan Aviasiyasındadır. Yunanıstan və ABŞ arasında 2017-ci ildə imzalanan razılaşma çərçivəsində modernləşdirilməsi tamamlanan 6-8 ədəd F-16-nın ilin sonuna qədər Yunanıstan Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
7NEWS.az








