RU
Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı İlham Əliyevi təbrik edib
10:52
43

Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı İlham Əliyevi təbrik edib

Avropa İttifaqının (Aİ) fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra iqtisadiyyatları və insanları birləşdirmək üçün Azərbaycanla birgə fəaliyyətini davam etdirəcək.

Bu barədə Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Biz iqtisadiyyatlarımızı və insanlarımızı birləşdirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda qeyd edilib.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ